Teleqraf.com-un suallarını AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- 2019-cu ilin “Nəsimi İli” elan olunması ilə əlaqədar indiyədək görülən işləri qənaətbəxş hesab etmək olarmı? Nəsimi yaradıcılığında işıq salınmayan sahələr hansılardır?

- Nəsiminin yaradıcılığı ilə bağlı tədbirlər 50 il bundan qabaq da həyata keçirilmişdi, müəyyən q...Daha Ətraflı

4 noyabr tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Teymur Kərimli gündəlikdə duran məsələlər haqqında danışıb, 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Əlyazmalar İnstitutunda görülən işlərdən bəhs edib. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfi doktoru, dosent Əzizağa Nəcəfzadə kadr hazırlığı və cari məsələlər haqqında ətraflı məl...Daha Ətraflı

Oktyabrın 30-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq dövlət başçısının müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu xatırla...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Novbəri” təxəllüslü istedadlı şair Kərbəlayi Qara Əliyevin (1885-1967) şəxsi arxivində mühafizə olunan əlyazma əsərləri çap olunub. Müəllifin kitaba daxil olan şeirləri – növhə və sinəzənlər (ağı, matəm nəğməsi) ilk dəfə çap olunur.

Kitabı tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlıdır. Nəşrin redaktoru filologiya üzrə elmlər doktoru, professor P...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından XVII əsrdə yaşamış, adı ədəbiyyat tariximizə düşməmiş Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusunu - divanının surətini əldə edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, divanda şairin qəzəl, mürəbbe, müxəmməs və müstəzadları toplanıb. 1687-ci ildə köçürülmüş divan 168 vərəqdən ibar...Daha Ətraflı

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Mülki müdafiə üzrə tədbirlər planına əsasən Fövqəladə Hallar nazirliyinin Səbail şöbəsi ilə birgə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, qəza təhlükəsi gözlənilən və baş verdiyi zaman rəhbər heyətin və mülki müdafiə qərargahının görəcəyi işlər” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Səbail rayonu Fövqəladə hallar və mülki müdafiə şöbəsinin r...Daha Ətraflı

“Nəsimi ili” çərçivəsində tədbirlər təşkil edən, araşdırmalar aparan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda növbəti bir nəşr - “Nəsimi və ardıcılları: Üsuli – Ruhi Bağdadi” adlı kitab çapdan çıxıb. Kitabın müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı, yazıçı-publisist Şöhrət Səlimbəylidir. Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, redaktoru filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Filologiya üzrə elmlər doktorları -...Daha Ətraflı

XV əsrin sonu-XVI əsrin əvvəllərində yaşamış məşhur türk təsəvvüf alimi Mahmud bin Osman Lamei Çələbinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Münşəat-i Məkatib” əsəri nəşr olunub. Əsəri transfoneliterasiya edib nəşrə hazırlayanlar Əlyazmalar İnstitutunun əməkdaşları Arif Ramazanov və Tahirə Əliyevadır. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur. Filologiya üzrə elmlər doktoru, p...Daha Ətraflı

Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunaraq böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi geniş qeyd edilir. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən Nəsiminin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər təşkil edilir, o cümlədən gənclərə mütaliəyə marağın artırılması məqsədilə “Kitab günü” keçirilib, nazirliyin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin kitabxana fond...Daha Ətraflı

Oktyabrın 14-də Azərbaycan Milli Kitabxanasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabının təqdimat mərasimi keçirilib. Türkdilli dövlətlərin əməkdaşlıq şurasının 7-ci Bakı Zirvə Görüşü münasibəti ilə “Türk dünyası həftəsi” çərçivəsində baş tutan tədbirdə bir sıra tanınmış alimlər iştirak edib. ...Daha Ətraflı

– Əlyazmalar İnstitutunun Nəsimi ilə bağlı gördüyü və planlaşdırdığı işlərdən danışaq.

– Bundan əvvəl Əlyazmalar İnstitutunun direktoru işləmiş Cahangir Qəhrəmanov mənim elmi rəhbərim olub. Onun ən böyük fəaliyyəti İmadəddin Nəsiminin “Divan”ının elmi tənqidi mətninin tərtibi idi. Bizdə həmişə Nəsimi barədə tədqiqatlar gedib. Əlyazmalar institutunda Nəsiminin 2 dəyərli əlyazması saxlanılır: biri XVI əsrə, o biri isə 1701-ci ilə aiddir. Hər ikisi Nəsimi əs...Daha Ətraflı

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda IV Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Bu görüşdə gənclər görkəmli şairimiz Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu ilə həmsöhbət olublar. Görüşdə GƏM-in dinləyicilərindən əlavə, Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinin tələbələri, keçmiş GƏM-in müdavimləri, oxucular, Əli Kərim yaradıcılığını sevənlər iştirak ediblər.

AYB katibi,...Daha Ətraflı

8 oktyabr, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 4-cü Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri ilə filologiya elmləri doktoru Paşa Əlioğlunun görüşü keçiriləcək.

525.az-ın məlumatına görə, görüşdə Əli Kərimin yaradıcılığından söz açılacaq, gənclərin sualları cavablandırılacaq.

Görüş iştirakçılarına şairin “Metronun yaylı qapıları” kitabı hədiyyə olunacaq.

Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 27-28 sentyabr tarixində Türkiyənin paytaxtı Ankara şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə keçirilmiş "Ortak tarih, kültür, egitim ve medeniyyet" simpoziumunda iştirak etmiş, "Xoca Əhməd Yəsəvi yaradıcılığı və Azərbaycan ədəbiyyatı" mövzusunda çıxış etmişdir.

www.manuscript.az ...Daha Ətraflı

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş “Cahana sığmaz Nəsimi” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb. Nəsimi cizgilərini və dövrünün mənzərələrini əks etdirən illüstrasiyalarla tərtib olunmuş kitaba şairin 300-dən çox qəzəli daxil edilib. Kitabın redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Paşa Əlioğludur.

Ön sözdən:

“Möhtəşəm ədəbi irsi, mütərəqqi, huma...Daha Ətraflı

Xalqımız, geniş oxucu kütləsi Həsən bəy Məlikov Zərdabini görkəmli müəllim və maarifçi, milli mətbuatın, milli teatrın, xeyriyyə cəmiyyətinin banisi, filosof, təbiətşünas kimi tanıyır.

Lakin çoxları bilmir ki, o, 1897-ci ildən ömrünün sonuna qədər Bakı Şəhər Dumasına üzv, qlasnı seçilmiş, çar Rusiyası hakimiyyətinin təsis etdiyi bu seçkili orqanda fəal iştirak etmiş, şəhər əhalisinin həyat şəraiti, məişəti, su təminatı, təhsil, səhiyyə müəssisələri və digər m...Daha Ətraflı

AMEA Hüseyn Cavidin Ev Muzeyində “İblis” əsərinin ilk dəfə tamaşaya qoyulmasının 100 illiyi münasibətilə Xalq artisti Ramiz Məliklə görüş keçirilib.

Tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxış edərək “İblis” əsərinin yazılma və səhnə tarixi barədə məlumat verib. Qeyd edib ki, dram əsəri çap edilməmişdən öncə 21 dekabr 1920-ci ildə səhnəyə qoyulub: “Baş rejissoru Abbas Mirzə Şərifzadə olub, əsas rolları isə A.Şərifzadə və Mirseyfəddin K...Daha Ətraflı

Bütün türk dünyasında adı sayğıyla çəkilən Xoca Əhməd Yəsəvi (?-1167) böyük təsəvvüf alimi, əsərlərini türkcə yazan, bu dildə yazıb-yaradanlara misilsiz örnək olan şairdir. Onun qurduğu yəsəviyyə təriqətinin müridləri arasında azərbaycanlılar da olmuşdur. Tədqiqatçıların "tipik bir türk təriqəti" adlandırdıqları yəsəvilik qısa müddətdə Ceyhun, Volqa, Xarəzm, Şərqi Türküstan, Anadolu ilə bərabər Azərbaycana da gəlib çıxmışdı. XIII əsrdə türk dünyasında yayılan yəsəv...Daha Ətraflı

AMEA Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsini əldə edib. Dastanın Azərbaycanda yayılmış və çap edilmiş variantında Araz kənarında yaşayan Hüseynalı xanın yoxsul qardaşının oğlu Qurbaniyə yuxuda buta verilir və o, Gəncə xanı Ziyad xanın qızı Pəri xanıma vurulur, çətinliklərdən sonra ona qovuşur. İstanbul variantında isə Əcəm diyarında yaşaya...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdirdiyi ilahiyyata dair əlyazmalar kataloqunun III cildinə institutda mühafizə olunan ərəb, fars və türk dillərində yazılmış hədisə dair əlyazma əsərlərinin təsviri daxildir. Kataloqun hazırlanma prossesi zamanı yeni əlyazma nüsxələri aşkar edilib, o cümlədən bəzi müəllifsiz əlyazmaların müəllifləri müəyyən edilib. Kataloqun tərtibçisi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanovadır. Elmi redaktorları filologiya üzrə el...Daha Ətraflı