Qazaxıstanın Çimkənd şəhərindəki Avrasiya Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Fəlsəfə Məktəbinin şagirdləri “Dünyanın dahi filosofları” layihəsi çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli və Paşa Kərimov şagirdlərə və onları müşayiət edən müəllimlərə elmi müə...Daha Ətraflı

XVI yüzillikdə Azərbaycan türkcəsində yazıb-yaratmış və Bağdadda yaşamış bir sıra şair və ədiblərimiz vardır ki, onların həyat və yaradıcılığı, yazılı irsi bu günə qədər hələ də tədqiq edilməyib. AZƏRTAC xəbər verir ki, bu baxımdan yazıçı-publisist, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəylinin “Avropa” nəşriyyatında yeni çapdan çıxmış “XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı x...Daha Ətraflı

XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış, zəngin ədəbi irsə malik, yaradıcılığında klassik ədəbiyyatın ənənələrini yaşadan şairlərimizdən biri də İbrahim Tahir Musayev (1869 - 1943) olub.

O, şeir - sənət ocağı Şuşa şəhərində dünyaya gəlib, Qarabağ ədəbi mühitinin yetirməsi olaraq tanınıb. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əməkdaşlıq əlaqəsi yaradıb, mətbuatda ardıcıl o...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan tarix və coğrafiyaya dair türkdilli əlyazmaların kataloqu rus dilində çap edilib. AZƏRTAC xəbər verir ki, nəşrin tərtibçiləri tarix üzrə fəlsəfə doktorları Akif Fərzəliyev və Rəna Məmmədovadır. “Elm və Təhsil” nəşriyyatında nəşr olunan kataloqun elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

azertag.az...Daha Ətraflı

Əlyazmalar İnstitutnda qədim və orta əsrlərə aid minlərlə nadir əlyazma nümunəsi ilə yanaşı, XIX-XX əsr Azərbaycanın otuz iki nəfər elm və mədəniyyət xadiminin şəxsi arxivi mühafizə olunur. Bu arxiv materialları tədqiq olunur, nəşrə hazırlanır, müxtəlif elm sahələrinin nümayəndələri elmi araşdırmalar zamanı onlardan istinad mənbəyi kimi faydalanırlar. Sevindirici haldır ki, son illərdə tanınmış yazıçı və şairlərimiz öz əsərlərinin avtoqraf nümunələrini, şəxsi arxiv materialla...Daha Ətraflı

22 oktyabr 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. dosent Aynur Hacıqədirlinin transfonoliterasiya edərək nəşrə hazırladığı “Mənaqibi-şeyx Səfi”, “Əqaidi-ovliyayi-səbə” əsərlərinin çapa təqdim olunması, Ənvər Mustafayevin “XVIII əsr alimi Əbdülxeyr Nasirəddin Beyzavinin “Ənvarut-tənzil və əsrarüt-təvil” əsər...Daha Ətraflı

"Elm və təhsil" nəşriyyatında XIX əsrin sonları - XX əsrin birinci yarısında yaşamış, Qarabağ ədəbi mühitinin yetirməsi şair İbrahim Tahir Musayevin (1869-1943) Firdovsinin "Şahnamə" poemasından etdiyi tərcümələri nəşr edilmişdir. Kitabı nəşrə hazırlayan Akif Quliyev, elmi redaktor və ön sözün müəllifi Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. ...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən bu müəssisədə qorunan tibbə dair əlyazmaların kataloqu çap olunub. “Avropa” nəşriyyatında işıq üzü görən vəsaiti institutun elmi işçiləri - Zemfira Məmmədova və Elnurə Babayeva tərtib ediblər. Onlar, həmçinin kataloqa daxil edilən ərəb, fars, türk və Azərbaycan dillərindəki əlyazmaların təsvirlərinin müəllifidirlər.

Kitabın elmi məsləhətçisi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, institut...Daha Ətraflı

Oktyabrın 12-də Türkiyənin Anadolu Universitetinin professoru Muhsin Macit və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan bildirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli qonaqlara elmi müəssisənin tarixi, fondlarda qorunan nadir əlyazmalar, apa...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çap edilmiş Üzeyir Hacıbəylinin şəxsi arxivi barədə Mədəniyyət Kanalının Buta xəbərlər proqramına müsahibə verib.

Mədəniyyət TV : Buta Xəbərlər(09.10.2018) ...Daha Ətraflı

AMEA-nın Ədəbiyyat İnstitutunda Türkiyənin Anadolu Universitetinin professoru Muhsin Macitin nəşrə hazırladığı "Şah İsmayıl Xətainin divanı" kitabının təqdimatı keçirilib. Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq kitabın nəşrinin M.Macitin uzun illər apardığı elmi tədqiqatlarının məntiqi nəticəsi olduğunu bildirib. İ.Həbibbəyli kitaba T...Daha Ətraflı

10 oktyabr 2018-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 11 Oktyabr “Beynəlxalq Qızlar günü” münasibətilə Əlyazmalar İnstitutunun Qadınlar Şurasının növbəti iclası keçirilmişdir. İclasda Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Qadınlar Şurasının sədri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, dosent Əzizağa Nəcəfov, institun qadın alimləri və mütəxəssisləri iştirak etmişlər....Daha Ətraflı

AMEA Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” (baş redaktor akademik T.Kərimli) və “Elmi əsərlər” (baş redaktor A.Əliyeva-Kəngərli) jurnallarının növbəti sayları işıq üzü görüb. Jurnalların yeni nömrəsində ədəbiyyatşünaslıq, dilçilik, mətnşünaslıq, mənbəşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq kimi sahələr üzrə bir sıra məqalələr, o cümlədən akademik Teymur Kərimlinin “Xətlərin izi ilə: Azərbaycanın görkəmli şəxslərinin avtoqra...Daha Ətraflı

Görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə emlər doktoru, professor, akademik, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Teymur Kərimli ilk növbədə klassik ədəbiyyatımızın, istedadlı, məhsuldar tədqiqatçısı kimi tanınır. Onun klassik poetik mətnlərin mahir araşdırıcısı kimi yetişməsində bir neçə amil rol oynamışdır: Əvvəla, Teymur müəllim özü də şairdir, yaradıcılığa şair kimi başlamışdır və buna görə də hər kəsdə olmayan şeiri duymaq qabiliyyətinə mali...Daha Ətraflı

Azərbaycan Tərcümə Mərkəzinin yeni seçilmiş İdarə Heyəti ilə Elmi Şurasının birgə toplantısı keçirilib. Toplantını giriş sözü ilə Mərkəzin İdarə Heyətinin sədri – Afaq Məsud açaraq, qurumun yeni təyin edilmiş İdarə Heyətinin üzvlərini (akademik Nizami Cəfərov, psixologiya elmləri doktoru, professor Səməd Seyidov) və yeni tərkibdə təsdiq olunmuş Elmi Şurasının üzvlərini (filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, fil...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov indiyədək adı ədəbiyyat tariximizə düşməmiş XVIII əsr Azərbaycan şairi Mir Fəttah Marağayinin anadilli şeirlərini aşkar edib. Mir Fəttah Marağayi dövrünün görkəmli mütəsəvvif alimi, Marağa şəhərinin şeyxülislamı, Səfəvi hökmdarı Sultan Hüseynin müasiri olmuş, 1761-ci ildə Kərim xan Zəndin hakimiyyəti dövründə vəfat...Daha Ətraflı

19 sentyabr 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunda “Milli musiqi günü” və Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümü ilə əlaqədar olaraq “Şəxsi arxivlərin tədqiqi” və “Kitabşünaslıq və biblioqrafiya” şöbələrinin birgə iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni nəşr olunan “Üzeyir Hacıbəylinin arxivinin təsviri” adlı kitab müzakirə olunub. Yığıncaqda filologiya üzrə elmlər doktorları ...Daha Ətraflı

Sentyabrın 13-də Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının 8-ci iclası keçirilib. Əvvəlcə akademik Rafael Hüseynov dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilmiş şərqşünas alim, professor Əsgər Rəsulovu Şura üzvləri adından təbrik edib, ölkəmiz v...Daha Ətraflı

“Elm” nəşriyyatı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivinin təsvirini çap edib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, arxivdə Ü.Hacıbəylinin tərcümeyi-halı, şəxsi sənədləri, notları və musiqi nəzəriyyəsi barədə tədqiqatlarının əlyazmaları, məktubları, ictimai fəaliyyəti ilə bağlı sənədlər və s. haqqında məlumatlar əksini tapıb. Bu materialları filologi...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov əldə etdiyi əlyazmalar barədə Mədəniyyət Kanalının Buta xəbərlər proqramına müsahibə verib.

Mədəniyyət TV: Buta xəbərlər(07.08.2018) ...Daha Ətraflı