AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ARNK yanında Tərcümə Mərkəzi ilə Misir Milli Tərcümə Mərkəzinin müştərək layihəsi əsasında ərsəyə gələn “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini ərəb dünyasına ilk dəfə təqdim edən kitaba on doqquz Azərbaycan yazıçısının hekayəsi daxil edilib. Kitabın tərcüməçisi – Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ə...Daha Ətraflı

31 oktyabr 2017-ci il tarixdə Fuad İzzət oğlu Nurullayevin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsində yerinə yetirilmiş “Akademik Vasim Məmmədəliyevin elmi-dini fəaliyyəti” (ixtisas:7213.01-dinşünaslıq) mövzusunda dissertasiya işinin müdafiəsi olub. Dissertasiyanın birinci fəslində alimin həyatı, yaradıcılığı, elmi-dini fəaliyyəti araşdırılmış, onun respublikamızın islam dünyası ölkələri ilə əlaqələrinin möhkəmlənmə...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Azərbaycan Televiziyasının “Səhər” proqramının qonağı olub. Proqramda yeni əldə olunmuş əlyazmalar, əlyazmaların tədqiqi və bu sahədə kadr hazırlığı, Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələri, Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif: Sələflər və xələflər- erkən yeni döv...Daha Ətraflı

24 oktyabr 2017-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif: Sələflər və xələflər- erkən yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının tarixi problemləri” mövzusunda XV ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər direktor müavini, fil.ü.e...Daha Ətraflı

Oktyabrın 23-də AMEA-nın Əsas binasında Nizami adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə böyük dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr olunan "Hüseyn Cavid və müasir gənclik" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Əvvəlcə iştirakçılar ədibin Hüseyn Cavid parkında ucaldılan heykəlini ziyarət ediblər. Türkiyə, Misir, İran, Özbəkistan və digər ölkələrin alim və mütəxəssislərinin işti...Daha Ətraflı

Akademik Rafael Hüseynovun sədrliyi ilə ARETƏŞ Filologiya Problemləri üzrə Elmi Şurasının 8-ci iclası keçirilmişdir. Bu dəfəki iclasda 5-i elmlər doktorluğu hazırlığı, 33-ü fəlsəfə doktorluğu hazırlığı üzrə olmaqla 38 nəfər sənəd tədqim etmiş iddiaçının mövzuları müzakirə olunmuş, dissertant və doktorantlara müvafiq tövsiyələr verilmişdir. Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafe...Daha Ətraflı

Oktyabrın 20-də AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunan "Molla Pənah Vaqifin sənət idealları və müasirlik" mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanın Prezident İlham Əliyevin "Böyük Azərbaycan şai...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Xəzər telekanalına müsahibə verib.

Xəzər TV : Xəzər Səhər
...Daha Ətraflı

17 oktyabr 2017-ci il tarixdə Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Dil və ədəbiyyat İnstitutunun Şərqşünaslıq şöbəsinin böyük elmi işçisi Həsən Məmmədrəsul oğlu Orucov (Orazayev) və həmin mərkəzin Tarix, arxeologiya və etnoqrafiyaİnstitutunun Şərqşünaslıq şöbəsinin böyük elmi işçisi, tarix elmləri namizədi Milena Nuru qızı Osmanova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olublar. Qonaqları İnstitutun elmi işlər üzrə direktor müavinləri, fil...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyamalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli və gözəl xətlə yazılıb. Qeyd edək ki, bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir. Divanın əvvəlində...Daha Ətraflı

Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda olublar. Qonaqları institutun direktoru, akademik Teymur Kərimli, müavinlər- filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, insitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov qarşılayıblar.

Görüş zamanı akademik T. Kərimli qonaql...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin filologiya fakultəsinin “SABAH” qrupunun III kurs tələbələri “Azərbaycan yazılı abidələrinin dili” fənni çərçivəsində növbəti dərsdə iştirak ediblər. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Seyid İmadəddin Nəsimi və davamçıları” mövzusunda mühazirə oxuyub. O, əlyazma qaynaqlarında Nəsiminin tərcümeyi-halı və şəxsiyyəti ilə bağlı məlum...Daha Ətraflı

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə baş tutub. Konfransda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək dünyada gedən qloballaşma prosesinin dil, ədəbiyyat və mədəniyyətə öz təsirini göstərdiyini bildirib. Qeyd edib ki, məhz dilimizin müasir saflığının qo...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrətinin divanının surətini əldə edib. AMEA-dan AZƏRTAC-a bildiriblər ki, divanda 100-dən artıq qəzəl, bir tərcibənd var. Divandakı “Gəlür”, “İmiş”, “Bu gün”, “Kibi”,“Yok”, “Ancaq”, “Gərək” v...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., professor Aybəniz Əliyeva-Kəngərli C.Qəhrəmanovla bağlı təəssüratlarını dilə gətirib. O, alimlə cəmi bir neçə dəfə görüşdüyünü bildirib: “Mən o zaman Ədəbiyyat Muzeyində işləyirdim, bizim hesabatlarım...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Azərbaycan Televiziyasının “Səhər” proqramının qonağı olub.

AZTV: “Səhər” proqramı: (02.10.2017)

...Daha Ətraflı

Sentyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” respublika elmi-praktik konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə M.P.Vaqifin əsərlərindən, eləcə də şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgisi ilə tanış olublar.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Prezident İlham ...Daha Ətraflı

Sentyabrın 26-da Misir Milli Kitabxanasının və Arxivinin müdiri Əhməd Seyid Məhəmməd Şövki və bu ölkənin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

AZƏRTAC xəbər verir ki, görüşdə İnstitutunun direktoru, akademik Teymur Kərimli rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti, beynəlxalq əlaqələri, burada aparılan elmi araşdırmalar barə...Daha Ətraflı

21 sentyabr 2017-ci il tarixində Türkiyənin paytaxtı Ankarada görkəmli şair Məhəmmədhüseyn Şəhriyar yaradıcılığına həsr olunmuş "Ortak Kültürümüzün Şairi: Şehriyar" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Ankara Universitetində İran Araşdırmaları mərkəzinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Nüfuzlu tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov iştirak etmiş və ...Daha Ətraflı

21 sentyabrda Türkiyənin paytaxtı Ankarada Məhəmmədhüseyn Şəhriyar yaradıcılığına həsr olunmuş "Ortak Kültürümüzün Şairi: Şehriyar" konfransı keçiriləcəkdir. Konfransda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov geniş nitqlə çıxış edəcək.

www.iramcenter.org ...Daha Ətraflı