AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən İmanovanın “Gülsüm xanım Nərimanova: Həyatının naməlum səhifələri arxiv sənədlərində” adlı kitabı çapdan çıxıb. Yeni nəşrdə Azərbaycanın görkəmli ictimai xadimi N.Nərimanovun ömür-gün yoldaşı, əqidə yoldaşı olmuş, onunla çiyin-çiyinə çalışmış, xeyriyyəçiliklə məşğul olan Gülsüm xanım Nərimanovanın tərcümeyi-halı, oğlu Nəcəf haqqında xatirə və düşüncələri, əsərləri, məktub və teleqramları, müxtəlif şəxslərinGülsüm xanım və Nəcəf Nərimanovlara ithafları yer alıb. Bütövlükdə Gülsüm xanım Nərimanovaya aid materiallar XX əsrin I yarısında ölkədə baş vermiş ictimai-siyasi dəyişiklikləri, Azərbaycan qadınının cərəyan edən tarixi hadisələrin burulğanında iştirakını öyrənmək baxımından zəngin qaynaqdır. Qeyd edək ki, kitabın elmi redaktoru İnstitutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov, rəyçilər Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, fil.e.d. Nailə Səmədova və tarix ü.f.d., dosent Rəna Məmmədovadır.

manuscript.az