Bu günlərdə Türkiyə Cümhuriyyətinin Munzir Universiteti Türk dili və ədəbiyyat fakültəsinin əməkdaşı Dr. Özkan Uz AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. O, İnstitutun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov və elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovla görüşüb. “XIX əsr Azərbaycan poeziyası” mövzusunda tədqiqat işləri aparmaq, bəzi əsərlərin elmi-tənqidi mətnini hazırlamaq istəyini bildirən tədqiqatçıya bu məqsədlə institutun dördcildlik “Türkdilli əlyazmalar” kataloqu hədiyyə olunub. Tərəflər gələcəkdə birgə icrası mümkün olan əməkdaşlıq layihələrini müzakirə ediblər. Söhbət zamanı Paşa Kərimov Dr. Özkan Uza elmi məsləhətçi qismində yardım edə biləcəyini söyləyib.

manuscript.az