AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, Zəkiyyə Əbilovanın 60 illik yubileyi qeyd olunub. Tədbiri giriş nitqi ilə açan İnstitutun baş direktoru, akademik Teymur Kərimli yubilyara Əlyazmalar İnstitutunun Fəxri Fərmanını təqdim edib, ona yaradıcılıq fəaliyyətində uğurlar diləyib. Daha sonra İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə tədbir iştirakçılarına yubilyar haqqında qısa məlumat verib. Tədbirdə İlahiyyat Universitetinin prorektoru, fəlsəfə ü.f.d. Mirniyaz Mürsəlov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, fil.e.d., prof. Fərman Xəlilov (onlayn şəkildə), Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti, fil.ü.f.d. Heybət Heybətov, Əlyazmalar İnstitutunun icraçı direktoru, fil.e.d., dosent Paşa Kərimov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d., prof. Kamandar Şərifov, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d. Nəsib Göyüşov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix e.d. Tahirə Həsənzadə, Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Esmira Cavadova, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimova və həmin şöbənin elmi işçisi Tahirə Əliyeva çıxış edərək yubilyara öz ürək sözlərini və təbriklərini çatdırıblar.

Sonda Zəkiyyə Əbilova tədbir iştirakçılarına və gələn qonaqlara öz təşəkkürünü bildirib. Tədbir boyunca İnstitutun əməkdaşlarının hazırladığı yubilyarın fotoşəkillərindən ibarət videoçarx nümayiş olunub. Qeyd edək ki, Zəkiyyə Əbilova ölkəmizdə dinşünaslıq ixtisası üzrə fəlsəfə doktoru müdafiə edən ilk qadın, ilahiyyat sahəsində elmlər doktoru dissertasiyası müdafiə edən ilk alimdir.

www.manuscript.az