Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov “BİLGESAM” Strateji Araşdırmalar Mərkəzinin Qars müqaviləsinin 100-cü ildönümünə həsr etdiyi növbəti onlayn panelə qatılıb. Alim “Qars müqaviləsindən sonra Azərbaycan – Türkiyə ədəbi əlaqələri” mövzusunda məruzə edərək bu ölkələrin bir-birilə daha da yaxınlaşmasında həmin müqavilənin böyük əhəmiyyətə malik olduğunu söyləyib. O qeyd edib ki, XX əsrdən başlayaraq azərbaycanlıların dünya ədəbiyyatı ilə tanış olmasında məhz türk ədəbiyyatının, türkiyədən gələn kitabların böyük rolu olub. Paşa Kərimov həmçinin I Dünya müharibəsi zamanı Türkiyə və Azərbaycan əhalisinin qardaşlaşmasına səbəb olan amillərdən bəhs edib, həmçinin Türkiyəli əsirlərə azərbaycanlı ziyalıların qayğı göstərməsi məsələsinə toxunarkən Nəriman Nərimanovun fəaliyyətini xüsusilə vurğulayıb. Tədbiri onlayn şəkildə buradan izləyə bilərsiniz: 100.Yılında Kars Antlaşması