AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov institutun elmi və ictimai həyatında qadınların rolundan danışaraq onların bu sahədəki uğurlu fəaliyyətindən bəhs edib. Tədbirin sonunda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədova və “Elektron resurslar” şöbəsinin müdiri Firəngiz Hüseynova institutun, eyni zamanda akademiyanın elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə AMEA-nın Humanitar Elmlər Bölməsinin fəxri fərmanı ilə təltif olunublar.

manuscript.az