AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi, yazıçı-publisist, ədəbiyyatşünas Şöhrət Səlimbəylinin “Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası çapdan çıxıb.

Nəşrin elmi redaktoru institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, redaktorları filologiya üzrə elmlər doktoru Raqub Kərimov və professor Yaqub Babayevdir. Monoqrafiyanın rəyçisi və “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlıdır.

Monoqrafiyada Ruhi Bağdadinin yaşadığı dövrün ictimai-siyasi hadisələri, insanların yaşam tərzi, şairin cəmiyyətə baxışı hərtərəfli tədqiq olunub.

science.gov.az