Yaponiyanın Ryukoku Universitetinin Tarix kafedrasının elmi işçisi Dr. Şinya Şionozaki Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, dramaturq Mirzə Fətəli Axundzadənin yaradıcılığını tədqiq etmək məqsədilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna ezam olunmuşdur. Tədqiqatçı İnstitutun elmi işlər üzrə direktor müavini f.ü.e.d. Paşa Kərimov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix ü.f.d. Nigar Babaxanova ilə birgə Axundzadə yaradıcılığı ilə bağlı əlyazma materialları və əski çap kitabları ilə tanış olmuşdur.

Yaponiyalı alim iki həftə ərzində görkəmli dramaturqun AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivi ilə də yaxından tanış olacaqdır.

Xatırladaq ki, Ryukoku Universitetinin alimləri bundan öncə də Əlyazmalar İnstitutunda tədqiqat aparmışlar.

manuscript.az