AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” adlı kitab işıq üzü görüb. “Əkinçi” qəzetinin 145 illiiyinə həsr edilmiş bu kitabda 1934-cü ildən 2016-cı ilə qədər “Ədəbiyyat qəzeti”nin səhifələrində Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə həsr edilmiş yazılar toplanıb. Kitab Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Əzizə Ələkbərova tərəfindən tərtib edilib. Nəşrin elmi redaktoru Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehidyevadır. Rəyçilər filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovdur. Paşa Kərimov eyni zamanda kitabın ön sözünün müəllifidir.

www.manuscript.az