AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin sədrliyi ilə keçirilən iclasda UNESKO-nun Dünya yaddaşı üzrə Azərbaycan Milli Komitəsinin üzvləri və aidiyyəti üzrə şəxslər iştirak ediblər. İclası giriş sözü ilə UNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, akademik Teymur Kərimli açıb. Sonra çıxışlar dinlənilib. UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, Xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov “Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsindən gələcək fəaliyyət istiqaməti haqqında gözləntilər” mövzusunda məruzə ilə çxış edib. İclasın sonunda Milli Komitənin gələcək fəaliyyət proqramının tərtibi haqqında layihənin hazırlanması qərara alınıb.

www.manuscript.az