AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun “Vəhid Qəzvini və onun türkcə “Divanı” məqaləsi İran İslam Respublikasında 2019-cu ildə Azərbaycan dilində nəşrə başlayan yeni “Azərbaycan araşdırmaları” jurnalın ilk nömrəsində dərc olunub. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, elmi-kütləvi nəşrdə Paşa Kərimovun məqaləsi ilə yanaşı, İranın və Azərbaycanın bir neçə tanınmış aliminin ölkəmizin tarixinə, coğrafiyasına, ədəbiyyatına və etnoqrafiyasına dair maraqlı məqalələri yer alıb.

azertag.az