8 oktyabr, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 4-cü Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri ilə filologiya elmləri doktoru Paşa Əlioğlunun görüşü keçiriləcək.

525.az-ın məlumatına görə, görüşdə Əli Kərimin yaradıcılığından söz açılacaq, gənclərin sualları cavablandırılacaq.

Görüş iştirakçılarına şairin “Metronun yaylı qapıları” kitabı hədiyyə olunacaq.

525.az