XIX əsrin sonları və XX əsrin birinci yarısında yaşamış şair, Qarabağ ədəbi mühitinin yetirməsi İbrahim Tahir Musayevin (1869-1943) böyük fars şairi Ömər Xəyyamın rübailərindən dilimizə etdiyi tərcümələri kitab halında nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kitabın tərtibçisi şairin nəticəsi Akif Quliyevdir.

Kitabı nəşrə hazırlayanlar filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Sevər Cabbarlıdır.

Filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Raqub Kərimov nəşrin “Ön söz”ünün müəllifləri və elmi redaktorlarıdır.

Kitab İbrahim Tahirin 150 illik yubileyinə həsr edilib.

azertag.az