Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmləri doktoru, professor Paşa Kərimov 25-27 aprel tarixlərində Kazan şəhərində görkəmli arxeoqraf alim Marsel Əhmədcanovun 80 illiyinə həsr edilmiş “Türk-tatar əlyazma irsi: müasir mərhələdə mühafizəsi və araşdırılması problemləri” mövzusunda keçirilən elmi-praktiki seminarda iştirak edib. Tatarıstan Respublikası Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun təşkil etdiyi tədbirdə Paşa Kərimov “Azərbaycan əlyazma kitabının tarixi” adlı məruzə ilə çıxış edib. Bundan başqa alim tatar ədəbiyyatının klassiki Abdulla Tukayın 133 illiyinə həsr edilmiş tədbirlərdə, şənliklərdə iştirak edib, Tatarıstan Yazıçılar Birliyində, şairin vətəni Arça rayonunun Tukay Kirlay kəndində olub.

manuscript.az