Kazan Federativ Universitetinin Beynəlxalq Əlaqlər İnstitutunun sosial-humanitar elmlər üzrə xarici dillər kafedrasının dosenti, filologiya üzrə elmlər namizədi Landış Yuzmuxametova və institutun elmi katibi, filologiya üzrə elmlər namizədi Alsu Şaripova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılamış və onlara institutun keçdiyi yol, əlyazmaların toplanması, onların mühafizəsi və bərpası, şöbələrin fəaliyyət istiqaməti barədə geniş məlumat verib.

P.Kərimov Əlyazmalar İnstitutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olduğunu qeyd edib. Direktor müavini həmçinin institutun müstəqillik dövründə beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayıb. Daha sonra qonaqlar İnstitutun Ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla tanış olublar.

manuscript.az