AZpress.AZ xəbər verir ki, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş “Qisseyi-Ə bu Əli Sina” adlı əsərin surətini əldə etmişdir. Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib. 99 vərəqdən ibarət, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılmış bu əsərdə İbn Sina barədə tarixi faktlarla bərabər rəvayətlər də toplanmışdır.

www.azpress.az