15 noyabr 2018-ci il tarixində Tatarıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Daniya Zagidullina və Tatarıstan Respublikası Elmlər Akademiyası Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Kim Minnullin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuş, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov ilə söhbət etmiş, buradakı əlyazmalar sərgisinə baxmışlar. Söhbət zamanı tərəflər Azərbaycan və Tatarıstan alimləri elmi müəssisələr arasında əlaqələrin genişləndirilməsi, ortaq araşdırmalar aparılması, dissertant və doktorant mübadiləsi zərurətindən danışmış, gələcək müştərək layihələr barədə müzakirələr aparmışlar. Qonaqlar institutun xatirə kitabına ürək sözlərini yazıblar.

manuscript.az