22 oktyabr 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. dosent Aynur Hacıqədirlinin transfonoliterasiya edərək nəşrə hazırladığı “Mənaqibi-şeyx Səfi”, “Əqaidi-ovliyayi-səbə” əsərlərinin çapa təqdim olunması, Ənvər Mustafayevin “XVIII əsr alimi Əbdülxeyr Nasirəddin Beyzavinin “Ənvarut-tənzil və əsrarüt-təvil” əsəri və İslam mədəniyyətinin Azərbaycanda yayılmasında onun rolu” mövzusunda yazdığı dissertasiya işinin elmi rəhbərinin dəyişilməsi, doktorant Şəlalə Hümbətovanın doktorluq dissertasiyasının yeni mövzu ilə əvəz edilməsi, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.e.d. Nəsib Göyüşovun İran İslam Respublikasının Şiraz Universitetinin təşkilatçılığı ilə keçirdiyi XIII beynəlxalq fars ədəbiyyatı simpoziumunda və Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Əkrəm Bağırovun Azad İslam Universitetində keçirilən “Qarabağ İslam torpağıdır” adlı beynəlxalq elmi konfransda iştirakı ilə bağlı hesabatların dinlənilməsi və digər məsələlərə baxılmışdır. İclasda şöbə hesabatlarının yeni formatda hazırlanması ilə bağlı məsələlər müzakirə edilmişdir.

manuscript.az