AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən bu müəssisədə qorunan tibbə dair əlyazmaların kataloqu çap olunub. “Avropa” nəşriyyatında işıq üzü görən vəsaiti institutun elmi işçiləri - Zemfira Məmmədova və Elnurə Babayeva tərtib ediblər. Onlar, həmçinin kataloqa daxil edilən ərəb, fars, türk və Azərbaycan dillərindəki əlyazmaların təsvirlərinin müəllifidirlər.

Kitabın elmi məsləhətçisi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli, elmi redaktorları - fil.ü.e.d. Paşa Kərimov və t.ü.e.d., prof. Fərid Ələkbərlidir.

science.gov.az