İyul ayının 18-də belçikalı rejissor Mişel İvo AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmiş, institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşmüşdür. Belçikalı rejissor görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın həyatı barədə sənədli film çəkmək fikrində olduğunu bildirib. Bu məqsədlə o, Natəvanın əsərlərinin Əlyazmalar İnstitutunda saxlanan əlyazmaları, ona dair sənədlər, xatirələr, eləcə də onun rəsmli albomu ilə tanış olmuşdur.

elyazmalarinstitutu.com