İyul ayının 13-də məşhur Əbru sənətçisi Hikmet Baturcugil və kitab naşiri Ahmet Taner AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmiş, institutun direktor müavini Paşa Kərimovla görüşmüşlər. Söhbət zamanı hər iki tərəf yazılı abidələrin ortaq tədqiqi və nəşrində maraqlı olduqlarını bildirmiş, bu sahədə müştərək fəaliyyətə başlamaq qərarına gəlmişlər.

elyazmalarinstitutu.com