Hacıqabul Rayonunun Nəvahi kəndinin mədəniyyət klubunda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Baxış Nadimin ilk şeirlər toplusunun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Hacıqabul Rayonunun, Nəvahi kəndinin ictimaiyyət nümayəndələri, ziyalıları, şairin nəticələri, eləcə də Nadimin əsərlərini nəşrə hazırlayanlardan biri - Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov iştirak etmişlər.