"Alatoran" nəşriyyatında XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Baxış Nadimin (1780-1878) ilk şeirlər toplusu kitab halında nəşr edilmişdir. Məlum olduğu kimi indiyədək şairin çox az sayda əsəri işıq üzü görmüşdü. Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və həmin institutun aparıcı elmi işçisi, Raqub Kərimov şairin əlyazmaları əsasında Nadimin şeirlərini bir kitab halında tərtib etmiş, topluya geniş ön söz yazmışlar. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Zaman Əsgərlidir.