2 may 2018-ci il tarixində Bakı şəhəri Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı kənd 1 saylı tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., prof. Paşa Kərimov və elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə iştirak etmişlər.

Alimlərimiz öz məruzələrində Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin əsərlərinin toplanması, nəşri və tədqiqi sahəsində Əlyazmalar İnstitutunun əməkdaşlarının rolundan geniş söhbət açmışlar. Onların çıxışı məktəbin müəllim və şagird kollektivinin böyük marağına səbəb olub. Yüksək vətənpərvərlik əhval-ruhiyyəsində təşkil olunan yubiley tədbiri geniş konsert proqramı ilə davam edib.

elyazmalarinstitutu.com

absheron.info.az