Özbəkistanın tanınmış ədəbiyyatşünas alimi, professor Həmidulla Boltabayev Bakıya səfəri zamanı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmiş, institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşmüşdür. Söhbət zamanı xüsusi olaraq qeyd olunmuşdur ki, özbək əlyazma mənbələrində Azərbaycan, Azərbaycan əlyazma mənbələrində Özbəkistan tarixinə, ədəbiyyatına dair dəyərli məlumatlar vardır və bu məlumatlar gələcək tədqiqatlarda mütləq nəzərə alınmalıdır. Hər iki tərəf belə qərara gəlmişdir ki, Özbəkistan və Azərbaycan əlyazmaçı alimlərinin əlaqələrinin, əlyazma surətləri mübadiləsinin genişləndirilməsi hər iki qardaş xalqın tarixinin, mədəniyyət və ədəbiyyat tarixinin daha hərtərəfli yazılmasına yardım edə bilir.

elyazmalarinstitutu.com