2018-ci il aprelin 19-da akademik Rafael Hüseynovun sədrliyi ilə ARETƏŞ Filologiya Problemləri üzrə Elmi Şuras’nın 4-cü iclası keçirilmişdir. Budəfəki iclasda 4-ü elmlər doktorluğu hazırlığı, 18-i fəlsəfə doktorluğu hazırlığı olmaqla 22 nəfər sənəd tədqim etmiş şəxsin mövzuları ətrafında müzakirələr aparılmış, tədqiqatçılara işlərini kamilləşdirmək üçün müəyyən tövsiyə və iradlar bildirilmişdir. Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş həmin şəxslərdən Azərbaycan Dillər Universitetinin dissertantı Nuriyeva Nuranə Məcid qızının “ABŞ ədəbiyyatında oriyentalizm: təşəkkülü, mərhələləri və tipologiyası” mövzusu adında heç bir dəyişiklik olunmadan təsdiq edilmişdir. Bakı Dövlət Universitetinin dissertantı Qaradağlı Vüqar Aydın oğlunun “Quran qiraətlərinin fonetik xüsusiyyətləri (Həfs rəvayəti ilə Şübə və Vərş rəvayətlərinin əsasında)” mövzusu “Həfs, Şübə və Vərş rəvayətləri əsasında Quran qiraətlərinin fonetik xüsusiyyətləri” kimi, AMEA Folklor İnstitutunun dissertantı Qasımova Fidan Atakişi qızının “Oğuz və kelt eposlarında obrazların, süjetlərin və formulların tipologiyası” mövzusu “Oğuz və kelt eposlarında süjet və obrazların tipologiyası” kimi təsdiq edilmişdir. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Əliyeva Fərqanə Aydın qızının “XIX-XX əsrlər Azərbaycan alim ədiblərinin bədii yaradıcılığı” mövzusu iddiaçının iclasda iştirak etməməsi səbəbindən müzakirə edilməmişdir. Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə mövzusu müzakirəyə çıxarılanlardan Bakı Slavyan Universitetinin doktorantı Adilova Gülqız Hacıbala qızının “Azərbaycan bayatılarının poetik sintaksisi”, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Əhmədi Zəhra Mirəli qızının “Abbasqulu ağa Bakıxanovun poetik irsi və ədəbi görüşləri”, AMEA Folklor İnstitutunun əyani doktorantı Əmirli Elnarə Hüseyn qızının Azərbaycan əfsanələrinin sistemləşdirilməsi problemi, AMEA Folklor İnstitutunun əyani doktorantı Məmmədova Xalidə Şaiq qızının “Azərbaycan folklorunda möcüzəli doğuluş motivi”, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əyani doktorantı Mikayılov Rəfail Mehman oğlunun “XV əsr şairi Vəli Şirazinin ədəbi irsi və tərcüməçilik fəaliyyəti”, Naxçıvan Dövlət Universitetinin dissertantı Osmanova Ləman Ərəb qızının “Şah İsmayıl Xətayi və Anadolu ozanlığı”, Bakı Dövlət Universitetinin dissertantı Rzayeva Aytəmiz Babasəməd qızının “1990-cı illər Rusiya mətbuatında Azərbaycan mövzusu”, Gəncə Dövlət Universitetinin dissertantı Rzayeva Zümrüd Elyar qızının “Struktur dilçilikdə seqmentasiya məsələsi”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani doktorantı Yusifova Sevinc Sakit qızının “İngilis yazıçısı Robert Greyvzin tarixi romanları” mövzularının adlarında aparılmadan təsdiq edilmişdir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani doktorantı Amanəliyeva Aygün Balahü-seyn qızının“Müxtəlifsistemli dillərdə kəmiyyətin struktur-semantik arxitektonikası” mövzusu “Müxtəlifsistemli dillərdə kəmiyyət məzmunlu vahidlərin struktur-semantik arxitektonikası” kimi, Gəncə Dövlət Universitetinin dissertantı Aslanova Gülnara Valeh qızının “Azərbaycan və ingilis dillərində analitik-flektiv sözyaratma prosesləri” mövzusu “İngilis dilində flektiv sözyaratma prosesləri və onların Azərbaycan dilində qarşılıqları”, Azərbaycan Universitetinin dissertantı Sucayeva Fəridə Arif qızının “Azərbaycan dilində alqışlar və qarğışların struktur xüsusiyyətləri” mövzusu “Azərbaycan dilində alqış və qarğışların linqvistik xüsusiyyətləri” şəklində düzəliş və dəqiqləşdirilmələr aparılmaqla təsdiq edilmişdir.

Azərbaycan Dillər Universitetinin dissertantı Bünyatova Aytən Bəxtiyar qızının “İngilis, Azərbaycan və rus dillərində linqvokulturoloji informasiyanın dillərarası koqnitiv baxımdan qavranılması problemləri”, Bakı Dövlət Universitetinin qiyabi doktorantı Cəbrayılova İlahə Qüdrət qızının “Azərbaycan çap jurnalistikasından müasir mediaya keçiddə yaradıcılıq problem-ləri”, Bakı Dövlət Universitetinin dissertantı Ebadi Mohammad Beiramaliyanın “Təbriz-Qaradağ aşıq mühiti (XIX əsrə qədər)” mövzularının adlarına müvafiq dəyişiliklər edilmiş, yeni plan-prospektlə növbəti iclasda iştirak etmələri tövsiyə edilmişdir. Gəncə Dövlət Universitetinin dissertantı Məmmədova Günay İlqar qızının “Azərbaycan və ingilis dillərində konformativ (oxşar) köklü sözlərin müqayisəli təhlili” mövzusu elmi rəhbəri ilə yenidən baxılması və araşdıranın hansı prinsiplər əsasında aparılmasını müəyyənləşdirməsi məqsədəuyğun sayılmışdır.

Gəncə Dövlət Universitetinin dissertantı Nəsibova Gülnarə Şaməddin qızının “Azərbaycan dilində qeyri-məhsuldar şəkilçilərin morfosemantik təhlili” mövzusu isə artıq digər tədqiqatçı tərəfindən işlənməsi səbəbindən təsdiq edilməmişdir.

Ümumiyyətlə, iclasda 5-nin adında dəyişiklik edilməklə 16 mövzu təsdiq edilmişdir. Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı professorlar, filologiya üzrə elmlər doktorları Aida Qasımova, Bilal İsmayılov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Mehdi Kazımov, Qorxmaz Quliyev, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Şirindil Alışanov, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini bildiriblər.

www.nizamimuseum.az