AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə daha bir dəyərli əsər işıq üzü görüb. Elvin Rəfail oğlu Talışxanovun “Hafiz Əbrunun “Zayli-cami ət-təvarixi-Raşidi” XIV əsr Azərbaycan tarixinin öyrənilməsi üzrə mənbə kimi” adlı əsəri təkcə tarixçi-mənbəşünaslara deyil, eyni zamanda geniş oxucu kütləsinə ünvanlanıb.

Geniş ön söz, dörd fəsil və geniş ədəbiyyat siyahısından ibarət olan kitabda XIV əsr mənbələri, Hafiz Əbrunun həyat və yaradıcılığı, “Zayli-cami ət-təvarixi-Raşidi”nin meydana gəlməsi, XIV əsrdə mövcud olmuş dövlətlər və s. barədə geniş məlumat verilir. Müəllif hər bir tarixi faktı bir neçə mənbə əsasında araşdırdıqdan və məxəzləri müqayisəli şəkildə təhlil etdikdən sonra öz mövqeyini ortaya qoyur ki, bu da əsərin elmi əhəmiyyətini daha da artırır.

Kitabın məsləhətçisi professor Mehdi Kazımov, elmi redaktoru t.ü.f.d. Rəna Məmmədovadır. Kitaba f.ü.e.d. Paşa Kərimov və t.ü.e.d. T.Həsənzadə rəy vermişlər.

elyazmalarinstitutu.com