13 fevral 2018-ci il tarixdə Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Marta Galindo AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Kolumbiya səfirini institutun direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılayıb. Görüş zamanı Kolumbiya Respublikasının müvafiq institutları ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsititutu arasında əlaqələrin genişləndirilməsi, kadr mübadiləsi, birgə layihələr əsasında elmi-tədqiqat işləri aparmaq və s. məsələlər müzakirə edilib.

Qonaq Əlyazmalar İnstitutunun Sərgi salonunda, Əlyazmaların gigiyenası və bərpası labarotoriyasında, kitabxanada olub, institutun xatirə kitabına ürək sözlərini yazıb.

elyazmalarinstitutu.com