Hacıqabul şəhər Folklor klubunda görkəmli şair Əli Kərimin yaradıcılıq gecəsi keçirilmişdir. Rayon ziyalıları ilə yanaşı şairin oğlu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimov da yaradıcılıq gecəsində iştirak etmişlər. Tədbirdə şairin yaradıcılığı haqqında fikirlər söylənilmiş, şeirləri səsləndirilmişdir. Mərasim iştirakçısı olan ziyalılar və şairin oğlu Əli Kərimin xatirəsinin əziz tutulmasından məmnunluqlarını dilə gətiriblər.