“Elm və təhsil” nəşriyyatı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı f.ü.f.d. Nəzakət Məmmədlinin “Sevdayi və onun “Leyli və Məcnun” əsəri” adlı kitabını nəşr edib. Qeyd edək ki, Füzulinin “Leyli və Məcnun” məsnəvisindən öncə yazılmış bu əsərdə Füzulidən çoxlu sayda beytlər yer alıb. Kitabda anadilli şeirimizin gözəl nümunəsi olan bu əsər irfan, poetika və mətnşünaslıq baxımından təhlil edilib. Əsərin Kembric Universitetinin kitabxanasında saxlanılan yeganə nüsxəsinin transfonoliterasiyası və fotofaksimilesi verilib. Kitabın elmi redaktoru fil.e.d. professor Azadə Musayeva, rəyçisi isə fil.ü.e.d. Paşa Kərimovdur.

elyazmalarinstitutu.com