“Ekoprint” nəşriyyatı Cənubi Azərbaycan şairi Saleh Asim Kəffaş Pərvizin “Qanlı səhər” adlı şeirlər kitabını nəşr edib. Kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin “Cənubi Azərbaycan yazarları” layihəsi əsasında işıq üzü görüb.

“Qanlı səhər”i transfonaliterasiya edib nəşrə hazırlayan və ön sözün müəllifi Sona Xəyaldır. Filologiya elmləri doktoru Paşa Kərimov kitabın rəyçisidir. Kitab müəllifin 75 illik yubileyinə həsr edilib.

elyazmalarinstitutu.com