7 iyun 2017-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda şöbələr üzrə 2017-ci ilin birinci yarısında görülən işlərin hesabatı dinlənilib.

Sonra institutun elmi katibi, fil.ü.f.d. Ə.Nəcəfov “Əlyazmalar yanmır” və “Elmi əsərlər” məcmuələri barədə və onların electron versiyasını özündə ehtiva edən “manuscript.az” saytı haqqında məlumat verib. İclasda Farsdilli Əlyazmaların tədqiqi şöbəsinin müdiri Nəsib Göyüşovun 2-5 may tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində keçirilən Beynəlxalq konfransda iştirakı ilə bağlı hesabatı dinlənilib. Sonda Elmi Şura Ərəb dilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Rəhnulla Yeganənin ““Əsmaül-hüsna” ya daxil olan Allahın gözəl adları və onların sayı (Azərbaycan əlyazmaları əsasında)” , Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşı, fil.ü.f.d. Afaq Əliyevanın “Milli mədəniyyətimizin təbliğatçısı Qulam Məmmədli-120” adlı məqalələrinin “AMEA-nın xəbərləri”nə tövsiyə edilməsinə baxılıb və təkliflər bəyənilib.

www.elyazmalarinstitutu.com