“Təfəkkür” universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Müasir dövrdə Elm və Təhsilin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru professor Rahim Hüseynov açaraq, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin inkişafında əvəzsiz xidmətlərindən danışdı. O, Ulu Öndərimiz Heydər Əliyevin xeyir-duası ilə 1995-ci ildə yaradılan “Təfəkkür” universitetinin fəaliyyətində və inkişafında göstərilən dövlət qayğısını xüsusi qeyd edərək, möhtərəm prezidentimiz İlham Əliyev cənablarına universitetin professor-müəllim heyəti və tələbələri adından dərin təşə- kkürünü bildirdi. Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. KonfransdaNərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov iştirak etdilər. Konfransa “Təfəkkür” universitetinin müəllimləri ilə yanaşı, respublikanın tanınmış ali məktəblərinin və elmi-tədqiqat institutlarının əməkdaşlarının 70-dən çox elmi məqaləsi təqdim edilmişdir.

Konfransın plenar iclasında AMEA-nın M.Nağıyev adına Kimya İnstitutunun şöbə müdiri, akademik Ağadadaş Əliyevin, “Təfəkkür” universitetinin professoru Cümşüd Nuriyevin, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini professor Paşa Kərimovun, Bakı Dövlət Universitetinin professoru Məhərrəm Məmmədlinin və Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadənin elmi məqalələri dinlənildi.

universitet-tefekkur.com