“Elm və təhsil” nəşriyyatı AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Məmmədəli Sidqinin şəxsi fondu” adlı kitabını nəşr etmişdir. Kitabda Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan jurnalist və mühərrir M.Sidqinin adıçəkilən institutda saxlanılan şəxsi arxiv materialları öz əksini tapmışdır.

Kitab “Məmmədəli Sidqinin tərcümeyi-halı və xatirələri”, “Əsərləri”, “Məmmədəli Sidqinin müxtəlif şəxslərə məktubları”, “Müxtəlif şəxslərin Məmmədəli Sidqiyə məktubları”, “Müxtəlif sənədlər”, “Müxtəlif şəxslərin nəsr əsərləri”, “Müxtəlif şəxslərin şeirləri”, “Müəllifi naməlum nəsr əsərləri”, “Müəllifi naməlum şeirlər” adlı altı fəsildən ibarətdir. “Məmmədəli Sidqinin şəxsi fondu” filologiya üzrə elmləri elmlər doktoru Nailə Səmədovanın “Məmmədəli Sidqi: şəxsiyyəti, mühiti və müasirləri” adlı geniş məqaləsi ilə açılır. Həmin məqalədə Məmmədəli Sidqinin ictimai-siyasi, ədəbi-bədii və elmi-publisistik yaradıcılığı təhlil edilir.

Kitabın elmi redaktoru fil.ü.e.d. Paşa Kərimovdur.

elyazmalarinstitutu.com