Türkiyə və Vatikan kitabxanalarından əldə olunmuş əlyazma materialları əsasında Azərbaycan şairi Sürurinin əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov tərəfindən araşdırılır və “Süruri. Divan” kitabı çapa hazırlanır.

İnstitutdan SalamNews-a bildiriblər ki, nəşrə XV əsrin sonu XVI əsrin əvvəllərində yaşamış Sürurinin həyat, yaradıcılığı haqqında məlumatlar və şairin şeirləri daxil edilib.

Nəsimi ədəbi məktəbini davam etdirmiş Sürurinin yaradıcılığında vətənpərvərlik, lirik-aşiqanə şeirlər üstünlük təşkil edir.

salamnews.org