Dekabrın 22-də AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar Elmlər Bölməsinin (HEB) Ümumi iclası keçirilib. Tədbirdə HEB-in üzvləri, elmi müəssisələrin direktor, direktor müavinləri və elmi katibləri iştirak ediblər. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov qurumun 2016-cı il ərzindəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı təqdim edib. Məruzəçi institutda ölkə başçısının və Nazirlər Kabinetinin, Akademiya rəhbərliyinin sərəncam və qərarları ilə əlaqədar görülən işlər haqqında məlumat verib. Həmçinin aparılan elmi işlərin yekunları, nəşriyyat fəaliyyəti, beynəlxalq əlaqələr, elmi kadrların hazırlanmasına dair çıxış edib. Bildirib ki, 2016-cı ildə institutda 4 problem, 10 mövzu, 58 iş üzrə tədqiqatlar aparılmış, mühüm nəticələr əldə edilmişdir. Məruzələr ətrafında geniş müzakirələr aparıldıqdan sonra hesabatlar qəbul edilib. Science.gov.az