Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir. Konfransın “Ədəbiyyat və incəsənətdə multikulturalizm ənənələri” adlı ikinci bölməsinin iclası AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında baş tutmuşdur.İclasa fil.ü.e.d., professor Aqşin Babayev sədrlik etmişdir. Bölmənin iclasında AMEA M.Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşlarından tarix elmləri doktoru Tahirə Həsənzadə “ XIX əsr Qacarlar nəslinin iki ziyalısı Bakı şəhəri haqqında”, fil.ü.e.d. Nailə Səmədova “Yusif Vəzir Çəmənzəminli publisistikasında multikultural dəyərlər”, tarix üzrə fəlsəfə doktoru Rəna Məmmədova “Nadir şah Əfşarın dini universalizm ideyası” (rus dilində), ilahiyyatçı alim Əkrəm Həsənov “Seyid Əbülqasım Nəbati yaradıcılığında multikultural dəyərlər”, fil.ü.f.d. İbrahim Quliyev “Azərbaycan ədəbi-bədii fikrində multikultural dəyərlərin yeri”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Dilarə Müzəffərli “XX əsrin II yarısı Azərbaycan təsviri sənətində multikultural və tolerant dəyərlərin bədii əksi”, Samirə Rzayeva “Humanist ideyaların bədii-vizual həlli (Qarabağ müharibəsi dövründə çəkilmiş filmlər əsasında)”, Hüseyn Cavidin Ev-Muzeyinin elmi işçisi Natiq Mürsəlov “Multikultural irsin mühafizəsində AMEA Hüseyn Cavid Ev Muzeyinin rolu” adlı məruzələrlə çıxış etmişlər. Qeyd edək ki, konfrans iştirakçılarının məqalələrindən ibarət toplu artıq nəşr olunmuşdur.