18 noyabr 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının 25 illiyinə həsr edilmiş “Azərbaycan Əlyazmaları Dünya Kitabxanalarında” adlı I Beynəlxalq Elmi –Nəzəri Konfrans keçirilmişdir. Konfrans iştirakçıları sırasında Iran İslam Respublikasında nümayəndə iştirak etmişdir.Konfransda Təbriz Azad Universitetinin professoru Məhəmməd Əmin Sultanül-Qürrayi “Şah İsmayıl Xətai “Külliyyat”-nın əlyazma nüsxəsinin tanıdılması” adlı geniş məruzə ilə çıxış etmişdir. Şəkildə soldan birinci Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı, institutun direktor müavini fil.e.d. Paşa Kərimov və Təbriz Azad Universitetinin professoru Məhəmməd Əmin Sultanül-Qürrayidir.Qonaq indiyə qədər tədqiq olunmamış həmin əlyazma nüsxəsinin təsvirini vermiş və Xətaiyə məxsus əlyazmalarla müqayisə əsasında bu nüsxənin orijinala yaxınlığını sübut etmişdir. Məhəmməd Əmin Sultanül-Qürrayi Xətai əsərlərinin bundan sonrakı nəşrlərində həmin əlyazmanın nəzərə alınmasının vacibliyini qeyd etmişdir. Professor konfransın keçirildiyi müddətdə Əlyazmalar İnstitutunun sərgi salonunda da olmuş, burada saxlanılan əlyazma nüsxələri ilə tanış olmuşdur.