Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Üzeyir bəy dühasından söhbət açıb, Hacıbəylilər ailəsinin sonbeşiyi Ceyhun Hacıbəylinin mühacirət həyatından danışıb. Tədbirdə Aslan Kənan kitabın əhəmiyyətindən söz açıb. Bildirib ki, kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb. Kitabın redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov Ədəbiyyat və İncəsənət Arxivinin böyük həcmdə materaillarından istifadə edilməklə ərsəyə gələn bu kitab vasitəsilə tədqiqatçıların tarixin çox dəyərli və az öyrənilmiş məqamları ilə tanış olmalarına imkan yaradacağını bildirib. Tədbirdə incəsənət ustalarının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, “Sevgili canan” romansı, “Arazbarı”, “Aşıqsayağı” və digər musiqiləri səsləndirilib. Azertag.az.