Şərq-Qərb” nəşriyyatında görkəmli Azərbaycan ədibi Ceyhun Hacıbəylinin məktublarından ibarət “Qürbətdən gələn səslər” adlı kitab nəşr edilmişdir. Kitab C. Hacıbəylinin 125 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən işıq üzü görmüşdür. Kitabın tərtibçisi Aslan Kənandır. Kitabın redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d.Paşa Kərimov, rəyçisi institutun əməkdaşı, fil.ü.e.d Nailə Səmədovadır.