Şərəf kanı, nədən etdin qara toprağı sən məskən?
Noleydi mən geyəydim ağ kəfən, sən qara pirahən!
Çox can atırdım ki, heç olmasa Paşanın ağır xəstə düşdüyü son illərdə görüşünə gedim, buna nail olmadım. Berlində qara xəbərini aldım. Nəhayət, on ildən sonra Bakıya o zaman gəlib çatdım ki, Paşanın özünü yox, qəbrinin ziyarətinə nail oldum. Otuz beş illik əziz və qardaşdan daha yaxın olan və eyni zamanda ədəbi tədqiqat sahəsində əməkdaşı itirmək nə qədər a...Daha Ətraflı
Paşanı görməzdən çox-çox qabaq onun portretini mənim üçün cızmışdılar: yaxşı şair, yaxşı alim, xeyirxah dost, zəhmətkeş insan... Mən ilk dəfə bu nur çöhrəli, dəniz gözlü, arıq, ucaboy adamı görəndə başa düşdüm ki, o, təpədən-dırnağacan yaxşı adam obrazı üçün yaradılmış nümunədir. O, istəsə də, lap belə özünü öldürsə də, pis adam ola bilməz, pislik edə bilməz, ondan heç kəsə xətər gəlməz. Kollektivi, əsasən, qadınlardan ibarət olan Əlyazmalar İnsititutunda hamı ...Daha Ətraflı
İtki - Paşa Kərimovun 65 yaşına - Vaqif Yusifli
Fevralın 10-da tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Paşa Kərimovun - böyük şairimiz Əli Kərim yadigarının 65 yaşı tamam olur.Amma bu ilin soyuq yanvar günlərinin birində ağır xəstəlikdən sonra Paşa Əli oğlu Kərimov dünyasını dəyişdi. Heç kim unudulmur, Əli Kərimi unutmadığımız kimi, Paşanı da unutmayacağıq.
"Baxsan, bu dünyanın ha tərəfinə
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, ye...Daha Ətraflı
Bir ulduz da axıb getdi... - Musa Rəhimoğlu yazır
"Hər bir insanın içərisində onunla birgə doğulan və ölən kainat var.
Hər bir başdaşı altında bütöv bir dünya tarixi yatır".
Henrix Heyne
26 yanvar 2024-cü il, cümə günü. Uzun illərdir ki, hər nömrəsini dost intizarı ilə gözlədiyim "525-ci qəzet" bir nekroloq çap etmişdi: Tədqiqatçı Paşa Kərimov vəfat edib. Doğrusu, bu xəbərə inana bilmədim... Nə yaxşı ki, "525-ci qəzet" varmış. Yoxsa heç xəbərim də ol...Daha Ətraflı
“Tikmədim özüm qalam...” - Rübabə ŞİRİNOVA
Ədəbiyyat tariximizin görkəmli tədqiqatçısı, yazılı abidələrimizin yorulmaz araşdırıcısı, ədəbiyyatşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov haqqında keçmişdə danışmaq çox çətindir. Amansız xəstəlik onu elm aləmindən tez apardı, imkan vermədi ki, 65 yaşı tamam olsun.
Yaradıcılığa ...Daha Ətraflı
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d. Elnurə Babayevanın tərtibçisi olduğu “Paşa Kərimov – 65 (xatirələr, biblioqrafiya)” kitabı işıq üzü görüb. Kitab görkəmli filoloq, mətnşünas alim, ədəbiyyat tarixinin tədqiqatçısı filologiya elmləri doktoru, dosent Paşa Kərimovun xatirəsinə həsr olunub. Kitabda alimin keçdiyi əmək və həyat yolu, onunla iş...Daha Ətraflı
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən Mustafanın (Aytən İmanova) tərtib edib nəşrə hazırladığı “Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları” kitabı işıq üzü görüb. Kitabda yer alan ön sözün müəllifi də Aytən Mustafadır. Elmi-mədəni ictimaiyyət üçün nəzərdə tutulmuş bu kitabda XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının və fiki...Daha Ətraflı
Paşa KərimovGörkəmli ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, dosent, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Kərimov bu gün - ömrünün 64-cü ilində vəfat etmişdir.
Paşa Kərimov həyatını elmə, ədəbiyyatımızın dərin qatlarının araşdırılmasına, klassik mətnlərin tədqiqinə, bir sözlə, böyük sənət xəzinəmizin nadir incilərinin üzə çıxarılmasına və xalqımıza çatdırılmasına sə...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Mirzə Rəhim Fəna. Əsərləri” kitabı işıq üzü görüb. Yeni nəşri tərtib edib ona ön söz yazan, kitabı ərəb əlifbasından transfoneliterasiya edərək nəşrə hazırlayan Əlyazmalar İnstitutunun alimləri – filologiya elmləri doktoru, professor Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovadır. Kitabda XIX əsr Qarabağ ədəbi mühitinin yetirdiyi “Məclisi-üns” ədəbi məclisinin yaradıcı...Daha Ətraflı
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Həsən bəy Zərdabi dövri mətbuat səhifələrində” adlı kitab işıq üzü görüb. Yeni nəşri tərtib edib, ona ön söz yazan Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərova, elmi məsləhətçi institutun icraçı direktoru, filologiya elmləri doktoru, dosent Paşa Kərimov, redaktor isə institutun elmi katibi, filologiya üz...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, fil.e.d. Paşa Əlioğlu Kərimovun "Xalq qəzeti"ndə "Klassik ədəbiyyatın yorulmaz tədqiqatçısı" adlı məqaləsi dərc olunub. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli akademik Teymur Kərimlinin 70 illik yubileyinə həsr olunmuş məqalədə alim həyatını klassik ədəbiyyatın araşdırılmasına həsr etmiş akademikin yaradıcılığından, onun elmi fəaliyyətindən...Daha Ətraflı
7 iyul 2023-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 2023-cü ilin ölkə başçısı tərəfindən “Heydər Əliyev İli” elan olunması münasibətilə keçirilmiş “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda Respublika elmi-nəzəri konfrans materialları toplu halında nəşr olunub. Topluda Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Heydər Əliyev və Əlyazmalar İnstitutu”...Daha Ətraflı
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 2023-cü ilin ölkə başçısı tərəfindən “Heydər Əliyev İli” elan olunması münasibətilə “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın plenar iclasını giriş nitqi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmala...Daha Ətraflı
22 may 2023-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsi münasibəti ilə brifinq keçirilib. Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində qəbulunun əlamətdar hadisə olduğunu qeyd edib, ölkəmiz üçün mühü...Daha Ətraflı
3 aprel 2023-cü il tarixində Türkiyənin məşhur yazıçısı, tədqiqatçı-jurnalist, Atatürk nəslinin böyük araşdırmaçısı, məşhur “Çanaqqala savaşı”, “Mustafa Kamal və Atatürk”, “Bilinməyən şəhidliklər” və bir sıra digər kitabların müəllifi Mustafa Atmaca AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Qonağı İnstitutun icraçı direktoru, fil.e.d., professor Paşa Kərimov qarşılayıb və ona institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazm...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli kitabxanasından "Əsli və Kərəm" ("Hekayəti Kərəm" adı ilə) və "Aşıq Qərib" ("Aşıq Qərib və Şahsənəm xanım" adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib.
"Hekayəti Kərəm" adlı birinci əsər 157 səhifədən ibarətdir. 1850-ci ildə nəstəliq xətti ilə köçürülüb. Hadisələr Bakı nəşrlə...Daha Ətraflı
Bu günlərdə Amerika Birləşmiş Ştatlarında 16-cı əsrdə yaşayıb yaratmış Azərbaycan şairi Yusif Ustaclu-Çavuşlunun şeirlər toplusu işıq üzü görüb.
Şairin şeirləri Tehran Universiteti, Məşhədin Firdovs Universiteti və Londonun Britaniya Muzeyi kitabxanasında saxlanan əlyazmalar əsasında çapa hazırlanıb. Birinci Şah Təhmasib dövründə, 1571-1573-cü illərdə Təbriz valisi olmuş Yusif bəyin şeirlərində Nəvai və Füzulinin təsiri aydın surətdə görülməkdədir.
Kitabın tərtibçis...Daha Ətraflı
Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar və Xocalı faciəsi” mövzusunda tədbir keçirilib. İlk öncə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə İnstitutun icraçı direktoru, fil.e.d., professor Paşa Kərimov açaraq tarix boyu ...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru Paşa Kərimov Space TV-yə görkəmli şair Əli Kərimin xatirə gecəsi tədbiri ilə bağlı müsahibə verib.
Şair Əli Kərimin xatirə gecəsi - Space TV
...Daha Ətraflı
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru Paşa Kərimov Xəzər TV-yə görkəmli şair Əli Kərimin xatirə gecəsi tədbiri ilə bağlı müsahibə verib.
Şair Əli Kərimin xatirə gecəsi - Xəzər TV
...Daha Ətraflı