Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Həsən bəy Zərdabi dövri mətbuat səhifələrində” adlı kitab işıq üzü görüb. Yeni nəşri tərtib edib, ona ön söz yazan Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərova, elmi məsləhətçi institutun icraçı direktoru, filologiya elmləri doktoru, dosent Paşa Kərimov, redaktor isə institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

Kitabda Azərbaycan milli mətbuatının banisi, görkəmli pedaqoq, ictimai xadim, maarifçi-demokrat, təbiətşünas və darvinist alim Həsən bəy Zərdabi haqqında 2015-2017-ci illərdə dövri mətbuatda nəşr edilən materiallar toplanmışdır.

manuscript.az