AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, fil.e.d. Paşa Əlioğlu Kərimovun "Xalq qəzeti"ndə "Klassik ədəbiyyatın yorulmaz tədqiqatçısı" adlı məqaləsi dərc olunub. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli akademik Teymur Kərimlinin 70 illik yubileyinə həsr olunmuş məqalədə alim həyatını klassik ədəbiyyatın araşdırılmasına həsr etmiş akademikin yaradıcılığından, onun elmi fəaliyyətindən, müəllifi olduğu nəşrlərindən bəhs edib.

Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz: xalqqazeti.az