Bu günlərdə Amerika Birləşmiş Ştatlarında 16-cı əsrdə yaşayıb yaratmış Azərbaycan şairi Yusif Ustaclu-Çavuşlunun şeirlər toplusu işıq üzü görüb. Şairin şeirləri Tehran Universiteti, Məşhədin Firdovs Universiteti və Londonun Britaniya Muzeyi kitabxanasında saxlanan əlyazmalar əsasında çapa hazırlanıb. Birinci Şah Təhmasib dövründə, 1571-1573-cü illərdə Təbriz valisi olmuş Yusif bəyin şeirlərində Nəvai və Füzulinin təsiri aydın surətdə görülməkdədir.

Kitabın tərtibçisi Cənubi Azərbaycan tədqiqatçısı Firuz Rifahi, ön sözün müəllifi və rəyçi Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovdur.

manuscript.az