Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Pərvanə Teyyubovanın “Ömər Faiq Nemanzadə arxivinin təsviri” kitabı işıq üzü görüb. Kitabda ilk dəfə olaraq görkəmli ədib, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist Ömər Faiq Nemanzadənin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan şəxsi arxiv materialları təsvir olunmuşdur.

Yeni nəşrin redaktoru filologiya elmləri doktoru Nailə Səmədova, rəyçiləri tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi və filologiya elmləri doktoru Paşa Kərimovdur.

manuscript.az