Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyevanın “Firidun bəy Köçərli arxivinin təsviri” kitabı işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabda Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, ictimai xadim, maarifçi, yazıçı-publisist, tənqidçi və tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin (Şuşa, 1863 – Gəncə, 1920) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanılan bütün material və əşyaların təsviri öz əksini tapmışdır.

Yeni nəşrin redaktoru Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, rəyçiləri institutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov və Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, fil.e.d. Nailə Səmədovadır.

manuscript.az