27 aprel 2022-ci il tarixində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov 27 Mart – “Elm günü” münasibətilə və ölkənin elmi, elmi-təşkilati fəaliyyətində fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub. Fəxri Fərmanı Paşa Kərimova AMEA-nın vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin Elmi Şurasının sədri, akademik İsa Həbibbəyli təqdim edib.

manuscript.az