AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Nəcəf bəy Vəzirov – Milli irfana xidmət etmiş nadir sima” adlı kitab işıq üzü görüb. Kitabı tərtib edən Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərova, rəyçi filologiya üzrə elmlər doktoru Paşa Kərimov, elmi redaktor və ön sözün müəllifi yazıçı-publisist Mehriban Vəzirdir. Yeni nəşrdə Qarabağ, Şuşa ədəbi mühitinin yetirməsi, Milli teatrın və Azərbaycan dramaturgiyasında ilk faciə əsərinin yaradıcısı Nəcəf bəy Vəzirov haqqında müxtəlif vaxtlarda qəzet və jurnallarda dərc olunmuş məqalələr toplanmışdır.

manuscript.az